Saytın qonağı | `Səhiyyəmizə inamı artırmalıyıq` - Həkim-deputat Rəşad Mahmudov (VİDEO)
Saytımızın növbəti qonağı millət vəkili, ürək-damar cərrahı, tibb elmləri doktoru Rəşad Mahmudov olub. O, oxucularımızın ünvanladıqları sualları cavablandırıb.
Abbasov Fuad Yusif oğlu. Sabirabad rayonu, Cavad kəndi:
- Salam, hörmətli doktor. Mənim qızım anadangəlmə ürək parokudur. İndi 17 yaşı var. Qızımı müayinə edən həkimlər deyir ki, yaşama ehtimalı 1 faiz belə deyil. Bu məsələdə mənə kömək etməyinizi xahiş edirəm.
- Həmin vətəndaş xəstəxanamıza müraciət edə bilər. Burada doğru diaqnozun bir daha təsdiqlənməsi və arxasınca son qərarın verilməsində şəxsən mən özüm kömək etməyə çalışacağam. Ümidin çox az olduğu bir nəticədən bəhs ediblər, inşallah, çarəsi olan bir xəstəlik haqqında biz daha xoş xəbərlər verərik.
Elşən:
- Əgər `dövlət xəstəxanası` dediyimiz bir mərkəzdə xəstəyə təcili anju olunması və stend qoyulması bildirilirsə, imkansız biçarə xəstə hara, kimə muraciət etməlidir? Niyə bu cür əməliyyatlar özəl klinikalarda həyata keçirilir? Kasıb xəstə sizcə, bankdan pul götürüb, həyatını xilasa cəhd etsin, yoxsa qəbirstanlıqda yer alsın?
- Əlbəttə, bu, vacib və aktual məsələdir. Prezidentimizin icbarı sığorta agentliyinə verdiyi tapşırıqlar nəticəsində, düşünürük ki, sığortanın həlli istiqamətində real addımlar atılacaq, bu, funkisional bir hala gələcək. Mən də Milli Məclisdə işə başladığım gündən tibbi icbari sığortanın ölkəmizdə hansı üsulla tətbiqi və işlənmə mexanizmi haqqında fikirlərimi paylaşıram.
Bu gün Səhiyyə Nazirliyinin nəzdində olan Topçubaşov adına Elmi Tədqiqat İnstutunda, 1 saylı şəhər Klinik Xəstəxanasında anjuqrafiya laborotoriyaları var, o laborotroriyalarda təcili vəziyyətlə bağlı anjuqrafiya, lazım gəldikdə isə primerstendləşmə prosedurası, yəni kəskin hadisəyə səbəb olan damara stendin yerləşdirilməsi və xəstənin kritik vəziyyətdən çıxarılması dövlət tərəfindən həyata keçirilir.
Amma bu iki xəstəxana ilə bu problemlərin həllinin mükün olmayacağı artıq bizlərə bəllidir. Statistikaya baxdığımız zaman ölümlərin 57%-nə yaxının ürək və damar xəstəliklərinə aid olduğunu görürik. Bununla sadəcə bir neçə dövlət xəstəxanası deyil, çox xəstəxanalar mübarizə aparmalıdır. Yaxın gələcək üçün ən böyük planlardan biri də ürək və damar xəstəlikləri üzrə milli proqramın başlanılmasıdır. Bu proqram həyata keçirildiyi zaman artıq pulu ödəyən xəstə və onun yaxını deyil, dövlət və icbari sığorta şirkəti olur.
Əlbəttə ki, bunlar qısamüddətli işlər deyil, uzun illərdən bəri planlanan məsələlərdir. Əminliklə onu deyə bilərəm ki, həm Milli Məclisdə olmağım, həm də ixtisasca bu sahənin içində olmağım mənim üzərimə böyük məsuliyyət qoyur ki, bu problemin həqiqətən doğru şəkildə həyata keçirilməsi üçün var qüvvəmizi sərf edək.
Sevinc:
- Mən Astara sakiniyəm, amma Bakıda müvəqqəti yaşayıram. Yoldaşım rəhmətə gedib, bir uşağım var. Evim yoxdur. Astarada sosial yardımla bağlı müraciət etmişəm. Ancaq mənə deyirlər ki, sənə düşmür. Uşağıma isə atasızlığa görə 49 manat pul verirlər. Belə vəziyyətdə mənə niyə sosial yardım verilməməlidir? Bir millət vəkili kimi münasibətinizi bildirin.
- Allah rəhmət etsin. Uşağı atasız böyütmək sosial vəziyyətindən aslı olmadan, hər bir insan üçün çətin işdir...
Son illərdə, xüsusilə, 2016-cı ildə dövlət rəhbərinin tapşırığı ilə sosial yöndən ehtiyacı olan insanlara daha çox imkanlar yaradılır.Mən əminəm ki, dediyi vəziyyət varsa, bilmədiyimiz başqa problemlər yoxdursa, rayonda mütəq sosial təminat idarələrinə müraciət etsinlər. Hətta işin rahatlığı üçün rayonda mənim köməkçim, YAP-ın rayondakı qərargahında olan Rəsul bəyə müraciət edərsə, biz problemin həllinə komək göstərərik. Sadəcə sosial yardım deyil, sənəti və işi varsa, işləyərək öz uşağını böyüdə bilməsi üçün də əlimizdən gələni etməyə çağlışacağıq.
Cəmil:
- Rəşad həkim, xahiş edirəm, məlumat verəsiniz. Qızıl yel xəstəliyi ilə bağlı ürək- damar cərrahına müraciət etməliyik, yoxsa başqa mütəxəssisə?
- “Qızıl yel” ayaqda olan infeksion xəsətlikdir, bunun diaqnozunu qoymaq üçün əvvəlcə ayaqda tombofit və digər infeksion xəsətliklərin ayrıca diaqnostikalarının olunması vacibdir. Birmənalı olaraq, həkimin hansı sahəyə baxmasından çox, peşəkarlığı vacibdir. Amma dünyada həm damar cərrahları, həm ümumi cərrahlar, həm də dermatoloqlar bu işlərlə məşğuldurlar. Yetər ki, “qızıl yel”in trombofiletdən diaqnostikası ayrılsın. Sonra ultra dopler sonoqrafika vasitəsilə xəstənin venoz sistemində trombun olub-olmadığını yoxlamaq lazımdır.
Əmin olduqdan sonra ayağın imobilizasiyası, onunla birlikdə bəlli antibioterapiyaları və ayaqda olan prosesi yavaşladıcı müalicələrin verilməsi qısa müdətdə nəticənin alınmasına səbəb olur.
Vüsalə:
- Ağciyər arteriyasının tromboembaliyası zamanı kreatin yüksək olduqda anju etmək olarmı? Və bu əməliyyat zamanı bədənin hansı nahiyəsindən müdaxilə olunur?
- Sualdan da bəlli olduğu kimi, ağciyərin trombembaliyası çox ağır xəsətliklərdən biridir. Oxucumuz daha çox trombembaliya zamanı anjuqrafiyanın lazımlığı və kreatin yüksəkliyi haqqında soruşur. Ağciyər trombembaliyasında normal anjuqrafiya deyil, diaqnostika üçün qızıl standart olaraq kompüter tomoqrafiyasının tətbiqi mükündür. Böyrək analizində kreatinin dəyərinin yüksək olması kontras verilməsinə əngəl yarada bilər. Amma hər bir xəstənin klinik vəziyyətinə, hansı problemin aktual olmasına görə qərar verilir.
Xroniki böyrək çatışmazlığı olan bir xəstə əgər dializə girirsə, onunla bağlı taktika tamam fərqli olacaq. O zaman planlı bir şəkildə kontrast maddəni verib, arxasınca dializ proqramına ala bilərik. Həkimlik elə bir sənətdir ki, hər situasiyada qazanc və itkini tərəziyə qoyub, hesabalaya bilmək lazımdır. Kontrast verib diaqnozu qoymaqmı vacibdir, yoxsa ağciyər tərəfdən kliniki stabil böyrəyi qorumaqmı? Bu, birmənalı olaraq xəstə üzərində veriləcək qərardır.
Normal ağciyər embaliyasının müalicəsində də anjuqrafiyanın yeri var. Əgər yaşlı bir xəstə trombembaliya olubsa, beynin tac damarlarını da yoxlamaq istəyirlərsə, koronar anjuqrafiyanın müayinəsində istifadə olunan kontrastın miqdarı az olduğuna görə, böyrək çatışmazlığı olsa belə, bu xəstələrdə ehtiyatla normal koronar anjuqrafiya aparmaq mümükündür.
Əgər ağciyər arteryasının trombembaliyasından, anjuqafiyasından söhbət gedirsə, çox zaman qasıq nahiyəsində olan femeral venadan müdaxilə olunur. Bədənin fərqli yerlərindən də istifadə oluna bilər. Amma ən çox istifadə olunan femeral venadır. Ürəyin koronar arteriyasının anjuqrafiyasını tətbiq etdyimiz zaman artıq bud arteriyasından, yəni dediymiz femeral arteriyadan istifadə olunmur. Ölkəmizdə qol radial arteriyasından da istifadə edilir.
Gülər:
- Mənim 28 yaşım var. Sinəmdə ağrılar, təngnəfəslik olur. Çəkim 78 kilo idi, indi isə 64 kiloyam. Arıqlamaq üçün heç bir səy etməmişəm. Bəzən 3 kilo ağırlığında bir şeyi belə qaldıra bilmirəm. Halım pis olanda nəbzim də aşağı düşür, bədən temperaturum da. Exokardioqrama etdirmişəm. Mənə deyiblər ki, trikuspidal qapaqlarda qalınlaşma var. Amma müalicə yazmayıblar. Məsləhətinizi gözləyirik.
- 28 yaşında olması və xanım olması bizi ən başda hansı xəstəliklərin ola biləcəyi düşüncəsinə gətirir. Exokardioqrafiyada yazılan nəticəyə görə, sadəcə trikuspidal qapaqlarda olan qalınlaşmadan bəhs olunur. Ancaq bu qalınlaşmanın dərəcəsi haqqında bizim məlumatımız olmalıdır. Qapağın funkisyalarına təsir edirmi, qapağın önündə və arxasında olan qulaqcıq və mədəciklər üzərində hansısa dəyişikliyə səbəb olubmu, darlıqmı, yoxsa çatışmazlıqmı, bunların səviyyəsi nədir, təzyiqlər fərqi nədir? Çox paramterlər var ki, onlara görə biz hadisənin və şikayətin ürəklə bağlı olub-olmadığına qərar verə bilərik.
Heç bir səbəb olmadan çəkinin azalması o deməkdir ki, bu xəstənin ətraflı müayinədən keçməsi lazımdır. Çəki azalmasının səbəbi ürək deyil, başqa orqanlardan, hormonal dəyişikliklər səbəbindən ola bilər. Sinədə ağrılar da ürəyin qapaq xəstəliklərilə bağlı şikayət deyil.
Mənim birmənalı məsləhətim o olacaq ki, daxili xəstəliklər mütəxəssisləri, yəni endekrinoloqlar və kardioloqlarla birgə müayinə kemək lazımdır. Bundan sonra doğru qərar verilə bilər. Bir işə başlamazdan öncə doğru diaqnozun qoyulması çox vacibdir. Bəzən bu cür şikayətlər heç bir əsası olmadan, sadəcə bədəndə olan əzələ ağrıları səbəbindən də meydana çıxa bilir.
Emin:
- Salam, həkim, oxuyuculara belə bir imkan yaratdığınız üçün təşəkkürlər! Sizə uğurlar arzu edirəm, qısa bir sualım var: deputat kimi səhiyyə sistemində hansı dəyişikliyin olmasını bu sahə üçün zəruri hesab edirsiniz? Əksər mütəxəssislər tibbi sığorta sisteminin işə düşməsini bütün problemlərin həlli kimi görürlər. Bu, belədirmi, yoxsa qısa zamanda nəticə verən başqa yollar da var və səmərəli ola bilər? Təşəkkürlər.
- Səhiyyə elə bir sahədir ki, hər gün reformlara açıqdır. Bəlli bir səviyyəyə gəldikdən sonra “artıq inkişafımız bitdi” deyə bir şey yoxdur. Bu gün Avropanın, ABŞ-ın aparıcı mərkəzlərində də hər gün yeniliklər axtarılır.
Ölkəmizdə də səhiyyədə çox ciddi dəyişikliklər var. Əvəllər müalicəsini ölkəmizdə xəyal edə bilməyəcəyimiz xəstəliklərin sağaldılması böyük uğurdur. Əksiklərimiz varmı? Əlbəttə, var. Xəstənin öz səhiyyəsinə, onun sisteminə, həkiminə inamının daha da artması üçün görəcəyimiz işlər çoxdur. Bunlar sadəcə sözdə deyilməklə həllini tapacaq problemlər deyil. Səhiyyə - inkişafı mürəkkəb olan bir sahədir. Bu sahədə çalışanların üzərinə böyük məsuliyyət düşür. Səhiyyə komitəsi yeni yaradılıb və tibbin inkişafı üçün yaxşı imkanlar yardır. Əhalinin sağlamlığının daha yaxşı qorunması üzərində işlər gedir. İcbarı tibbi sığorta ilə bağlı sual çox aktualdır. Bununla əlaqədar islahatlar başlayıb, pilot layihənin həyata keçirilməsi planlaşdırılır. Mən Milli Məclisin plenar iclasında bununla bağlı fikrimi bildirdim. Bütün ölkəni əhatə edəcək bir pilot layihənin başlanması daha məqsədəuyğun olardı. Mürəkkəb əməliyyatların dövlət tərfindən sığortalanması ən azından insanların rahatlığını təmin edər. Mən də Məclisdə olduğum müddət ərzində bu sahəyə xüsusi diqqət yetirməyə və dünya təcrübəsində olanların ölkəmizdə tətbiqinə çalışacağam.
Əhməd:
- Başqa ölkələrdə ürək əməliyyatı demək olar ki, pulsuzdur, bəs bizdə niyə pullu və bahadır, heç bir güzəşt yoxdur? Xahiş edirəm, açıqlama verin. Çünki mən də xəstəyəm, ailəm boyükdür, heç Bakıya gedə bilmirəm...
- Dünyanın heç bir ölkəsində ürək əməliyyatları pulsuz deyil. Pulun kim tərəfindən verilməsindən söhbət gedə bilər. Ölkələr var ki, icbari sığorta verir, ölkə var ki, büdcəsindən gedir, ölkə var ki, özəl sığortalardan gedir. Ölkə var ki, səhiyyə pulsuz görünür, ancaq orada həkimlərə inam yoxdur. İnamın əmələ gəlməsi üçün də yüksək profesionallığa nail olmaq lazımdır.
İcbari sığortanın tətbiqi və ürək əməliyyatları üçün dövlət proqramının həyata keçirilməsi üzərində ciddi iş gedir. Bu məsələlər həllini tapandan sonra oxucumuzun dediyi kimi, xəstənin düşünmədən canını etibar edə biləcəyi səhiyyə sistemi olacaq. Bu yöndə işlər aparılır. Bu sahənin inkişafı üçün “Pay for performance”, yəni performansına görə ödəmə sistemləri əmələ gəlməlidir. Bu, həm xəstəxanaların, həm xəsətxanada çalışanların hər bir xəsətəyə göstərdiyi xidmətə görə dövlətdən hansısa bir vəsait alınması deməkdir və rəqabətə gətirir. Bu rəqabətlə birlikdə xəstə istədiyi mərkəzi seçmək haqqı da qazanır.
Ölkəmizdə ürək-damar xəsətliklərilə əlaqədar proqram başayanda bu sistemin Avropada və dünyada olduğu kimi bizdə də tətbiqi, düşünürəm ki, deyilən məsələlərin həllində bizə çox böyük fayda verəcək.
Vasif Əliyev:
- Salam Rəşad bəy. İnsanlara həyat bəxş etmək işini mükəmməl bacarırsınız. Millət vəkili kimi insanların problemlərinin həllində də bu qədər başarılı olacağınıza inanırsınızmı? Allah yar və yardımçınız olsun...
- 10 il ərzində ölkədə ürək-damar sahəsində gördüyümüz işlərlə əlaqədar verilən reaksiyalardan belə başa düşürəm ki, insanlarda inam yarada bilmişik. Xüsusən 10 il bundan əvvəllə müqayisə edəndə görürük ki, bu xəsətliklərdən əziyyət çəkənlərin arasında səhiyyəmizə inamsızlıq ciddi şəkildə azalıb.
Millət vəkili olaraq isə hazırda həvəskar kimi görünürük, amma hər şey o şəkildə başlayır. Seçildiyim bölgə, orada insanların problemlərinin həlli istiqamətində əlimizdən gələni etmək istəyirəm. Ən əsası, Azərbaycanımızda səhiyyədə olan və olacaq inkişafa ən azından kiçik də olsa, bir dəstək verə bilmək arzusundayam. Əsas məsələ təkcə xəstələrin problemlərinin həlli deyil, ölkəmizdə mükəmməl səhiyyənin olmasıdır. Burada təkcə xəstə haqlarının deyil, həkim və tibb personlarının haqlarının da dünya standartlarına uyğun qorunması nəzərdə tutulur. Bu yöndə bacarığım daxilində səylərimi göstərməyə çalışacam.
Həsən:
- Yaxınımız bir xəstənin 27 yaşı var, həkimin dediyinə görə, ürək klapanı qapanmır və müalicəsi yoxdur. Xahiş edirəm ki, bizə məsləhət və kömək edəsiniz. Qabaqcadan minnətdarlığımı bildirirəm.
- Ürək qapağının açılmaması “stenoz” dediyimiz darlıqdır. Ürəkdə 4 fərqli qapaq var və onlardan hansında problemin olduğunu əvvəlcədən bilməyimiz lazımdır. Exokardioqrafiyanın dəqiq bir şəkildə aparılması, hansı qapaqda problemin olması, dərəcəsinin nə olduğu, ürəyin kameralarına, ağ ciyərə vermiş olduğu zədə - bunların hamısı dəyərləndirilməlidir. Sonra qərarın verilməsi daha doğru olardı. Ən ağır və axrıncı mərhələdə belə, əməliyatla düzəlmə şansları qalır. Exokardioqrafiya müayinələrinin aparıcı mərkəzlərdən birində olunması və ürək cərrahlarından, kardioloqlardan məsləhət alınması məsləhətdi. Biz də bu işə töhfəmizi verməyə hazırıq.
Tural İsmayılov:
- Həkim, salam. Sizi tanımayanlar üçün Milli Məclisdə hansı qanunların qəbulunda fəal olduğunuzu bildirə bilərsinizmi? Və səhiyyədən başqa hansı komitələrdə hansı təklifləri vermisiniz?
- Milli Məclisdəki fəaliyyətimin çox qısa bir tarixi var. Hazırda tibbi islahatlar mövzusunda qanunvericilikdə tez–tez dəyişikliklər olur, onların üzərində çalışırıq. Seçilmiş olduğum Astara rayonun gələcək inkişaf perspektivlərilə əlaqədar işləyirik. Astara Azərbaycanın ən cənub bölgəsidir. Dəniz sahilində yerləşir. Dənizin və dağların gözəlliyi birləşir orada, amma ucqar bir nöqtə olduğuna görə çoxlarının gedib o gözəlliyi görmək imkanı yoxdur. Magistral yolun çəkilişi bitdikdən Bakı-Astara arasında olan məsafə 250 km-ə qədər düşəcək ki, 2 saat ərzində Astaraya gedə biləcəyik.
Yollar da ölkənin qan damarları kimdir. Damarlar nə qədər sağlam olarsa, inkişaf da gözəl olar.
Rayonun kənd təsərrüfatı üçün yaralı sahəsi ilə əhalisinin nisbətinə baxdığımız zaman yetərsiz olduğunu görürük. Gələcəkdə bu məsələni də həll etməliyik. İnvestisyanın gəlməsi, yeni iş yerlərinin yaradılması üçün turizmin inkişafı vacibdir. Və burada uyğun planın dövlət tərfindən hazırlanmasına, dövlətin infrastruktur layihələrinə və şəhərin, rayonun baş planına təsir etməsinə ehtiyac olacaq. İnvestorlat tərəfindən dənizsahili yay turizminin inkişafı üçün imkanalar yaradıla bilər.
Antalya və Astara hər ikisi “A” hərfilə başlayıb, “A” ilə qurtarır. Maşın nömrələrinin də “07” olmasında da bəlkə bir rəmzilik var. Düşünürəm ki, Astarada ölkəyə də fayda verə biləcək yay turizminin inkişaf etməsi və dənizin, kənd təsərrüfatının imkanlarından panlı şəkildə istifadə edərək biootellərin, dünyada aktual olan bioloji təmiz qidaların və bioloji təmiz materiallar istifadə olunan otellər zəncirinin yaranması ölkə iqtisadiyyatına da böyük fayda verər.
Aslan Aslanov:
- Mən 2012-ci ildə ürək əməliyyati keçirmişəm. Beş damar dəyişilmişdi. Təyin olunan dərmanları mütəmadi qəbul edirəm. İnsulindən asılı şəkər xəstəsiyəm. Yenidən damar tutulması ehtimalı varmı?
Sinəmin sol aşağı hissəsi hərdən ağrıyır. Kardioqramma edirəm, həkim deyir ki, ürəyin aşağı hissəsi qanla normal təmin olunmur, blokadadır. Heç bir dərman təyin etmir. Bunun qarşısını almaq üçün nə etmək lazımdır? Türkiyədən gələn bitki mənşəli damaraçıcı “Panaks” həblərinin xeyri varmı? Cavaba görə qabaqcadan minnətdaram.
- Əlbəttə ki, xəstəmiz böyük əməliyyat keçirib. Ürəyin aşağı hissəsinin blokadaları arasında fərqlər var. Blokada - ürəyin ritm problemdir, bəzən ürəyin işemik xətəliyilə əlaqəsi olmaya da bilər. Ürəyin qanla təmin olunmaması başqa bir məsələdir.
Üzərindən 3 il keçdiyinə görə işemiya varmı-yoxmu, bunu bilmək üçün qaçış zamanı kardioqrammanın olunmasıçox vacibdir. Blokadaların bir çox formaları var. Yəqin, dərmana ehtiyacı olmayan bir blokada tipidir ki, həyat üçün təhlükə yaratmır.
Təyin olunan dərmanları mütəmadi qəbul etməyə gəlincə, əlbəttə, etməlisiniz. Statinlərdən xolestrinə qarşı istifadə olunur. Bədəndə alalhın yaratdığı damar xəstələnirsə, demək, yeni qoyulan damarları da bu bədən xəstələndirə bilər. Bir gün damar tıxana bilərmi? Tıxana bilər. Nə üçün əməliyyat olunur? Həyati təhlükəni ortadan qaldırmaq üçün. Biz ürəyin əzələsini qoruya bilmişiksə, ona vaxataşırı lazım olan dərmanların istifadəsi vacibdir. Aspirin laxtalanmanın qarşısını alır. Şəkər xəstəliyi ürək-damara ən böyük təhlükə lduğuna görə, müalicəsinin doğru aparılmasına, həyat tərzinin ona uyğun qurulmasına riayət etmək lazımdır.
“Damarın qısa müddətdə tutulması” deyə problem ola bilməz. Öz damarları üzərinə 5 damar da əlavə olunubsa, gələcəkdə ən pis ehtimalla ikinci dəfə hər hansı bir damarında problem olduğu zaman artıq digər əməliyyatlara ehtiyac qalmır. Və çox zaman bu problemlər həyati təhlükə təşkil etmir. Problem əmələ gəlsə belə, damarlar stendlərlə açılır.
Panaks - kirəcləşmiş damarı açan dərman deyil. Təsdiqlənmiş olsaydı, bu dərmanların reklamına ehtiyac qalmazdı. O cür dərmanların istifadəsi həkim nəzarəti altında məsləhət görülür.
Ramiz Mahmudov:
- Təzyiq xəstəsiyəm (170-110), ürək genişlənməsi var. Hansı dərmanların gündəlik qəbul edilməsini məsləhət bilərdiniz?
- Xəstənin hansı yaşda olması bizim üçün çox vacib bir məsələdir. Təzyiq haqqında ümumi bilgi vermək istəyirəm. İdiopatik deyilən, bilinməyən təzyiq 90% hallarda təzyiq xəstəliyinin səbəbidir. 5-10 % hallarda böyrək və başqa orqanların xəsətliyi təzyiqə səbəb olur. Təzyiqi yüksək olan xəstələr hələ gəncdirlərsə, mütləq ikinci səbəbinin olub-olmadığı araşdırılmalıdır. Bu, qısa müayinədən sonra aşkarlanır. Təzyiq, yanında da ürək xəstəliyi varsa, ürək genişlənməsinin səbəbi, dərəcəsi, tipi araşıdrılmalıdır.
Təzyiq və şəkər ömürlük bizimlə olan xəstəliklərdir. Müalicələri də ömürlük olmalıdır. Ürək çatışmazlığı və ürək genişlənməsi ilə birlikdə olan təzyiqlərdə dərman müalicələri çərçivəsində təzyiq dərmanları ilə yanaşı, sidikqovucuların və ürək çatışmazlığı üçün dərmanların kombinə formalarının istifadəsi labüddür. İxtisaslı mərkəzlərdə bunların təyin olunması və ona uyğun gələcək planların qurulması daha doğru olar xəstəmiz üçün.
Nura:
- Salam, həkim. Allah sizə uzun ömür versin. Mənim atamı siz əməliyyat etmisiniz. Mənim 33 yaşım var. Kürəyimdə ağrılar olur, orta hissədə. Deyirlər sinir ağrısıdır. Ürək ağrısı ola bilərmi? Onurğa əyriliyi də var bir az...
- Xanım olduğuna və 33 yaşı olduğuna görə, kürəyində olan ağrıların yaş və cinsiyyət etibarı ilə ürək-damar xəstəliyi olma ehtimalı çox aşağıdır. Bu yaşda qadınlarda işemik xəstəlik görünümür. Nadir hallarda olur. Ürək xəstəliyinin olub- olmamasını dəqiqləşdirmək üçün bir exokardioqramma etdirmək olar. Böyük ehtimalla, onurğa əyriliyindən və ya hansısa əzələnin gərginliyindən doğan spazmlara bağlı sinir ağrılarıdır . Xüsusən gənc xanımları daha çox narahat edir. Bu yöndə fizioterapistlərlə məsləhətləşməsi, idman edilməsi daha çox məsləhətdir.
Fərid:
- Hörmətli doktor 2010-cu ildə mənim atamın üzərində aorta anevrizmasının çox unikal əməliyyatını aparıb. Onun bu gün də həyatda olmasına görə öz ailəm adından dərin təşəkkürümü bildirirəm!
Gulya:
- Salam. Siz cox gözəl həkimsiniz. Xalqın sizə ehtiyacı var. Nə vardı axı bu deputatlıqda?..
- Bu cür sözlər çox gəlir... İnsanların çoxunun qorxusu odur ki, peşəmdən uzaqlaşma-filan olar. Belə şey olmayacaq. Arzu edirəm ki, peşəmdə olduğu kimi, deputatlıqda da qazandığım sevgini itirmədən yoluma davam edə bilim...
Ardı burada:
Saytın qonağı | `40-a yaxın məşhurumuzu əməliyyat etmişəm` - Həkim-deputat Rəşad Mahmudov (VİDEO)
Şahanə Rəhimli
Elvin Avdulla
AzVision.az